[b]Azərbaycan avrokuboklarda 1 yerini itirdi[/b]
30.10.2014 - 11:06
[b]Azərbaycan avrokuboklarda 1 yerini itirdi[/b]

Azərbaycanın qadın voleybolçular arasında avrokuboklarda iştirak sayında dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyasının (CEV) bayrağı altında keçirilən turnirdə 2014/2015 mövsümünə 5 deyil, 4 komanda ilə qatılacaq.

 

Buna “İqtisadçı”nın fəaliyyətini dayandırması səbəb olub. Belə ki, CEV kubokuna sifariş olunan Super Liqanın bürünc medalçısını hansısa klubumuz əvəzləməyəcək. Nəticədə Bakı təmsilçisinin 1/16 finalda rəqibi olan İspaniya “Loqranosu”na texniki qələbə veriləcəyi gözlənilir.

 

Bunu ispanların özləri də artıq duyublar. Komandanın sifariş ərizəsini verməməsi, Bakıda keçiriləcək görüşün tarixi barədə müzakirələrin aparılmaması rəqibimizin şübhələrini artırıb. Yekun qərarı isə CEV açıqlayacaq.

 

Qeyd edək ki, yeni mövsümdə “Rabitə” və “Azəryol” Çempionlar Liqasında, “Lokomotiv” CEV kubokunda, “Azərreyl” isə “Çelenc Cup”da oynayacaq.

0