Yığmamız yenə uduzdu
30.10.2014 - 11:52
Yığmamız yenə uduzdu

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Serbiyanın paytaxtı Belqradda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində ikinci matçına çıxıb.

 

Komandamız Serbiyanın U-16 yığması ilə görüşüb. Bu qarşılaşmada meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər.

 

Qeyd edək ki, millimiz bundan əvvəl Serbiyanın “Srvena Zvezda” klubuna 2:4 hesabı ilə uduzmuşdu.

0