Əzəli rəqiblər qalibi müəyyənləşdirə bilmədilər
30.10.2014 - 13:15
Əzəli rəqiblər qalibi müəyyənləşdirə bilmədilər

Azərbaycan Super Liqasına və Çempionlar Liqasına hazırlaşan “Rabitə” və “Azəryol” yoxlama matçında qüvvələrini sınayıblar. Apasport.az saytının məlumatına görə, əzəli rəqiblərin duelində qalib müəyyənləşməyib.

 

Belə ki, 4 set oynayan komandalar tay-brekə ehtiyac duymayıblar.

 

“Rabitə” – “Azəryol” – 2:2 (25:17 22:25 28:26 18:25)

 

Qeyd edək ki, matç “Rabitə”nin ölkə çempionatında ev oyunlarını keçirəcəyi Gənclik Olimpiya İdman Kompleksində təşkil olunub.

 

0