[b]Millimizin heyətindən “qeyb” oldu[/b]
30.10.2014 - 18:05
[b]Millimizin heyətindən “qeyb” oldu[/b]

Sabah Abu-Dabidə start götürəcək cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək yarışda Azərbaycan millisinin üzvləri rəqiblərini tanıyıblar.

 

Komandamızın yalnız ən yüngül çəkili idmançıları digər cütün qaliblərini gözləyəcəklər.

 

Digər məqam isə millimizdə son anda dəyişikliyin baş verməsidi. İlkin siyahıda Şahin Qəhrəmanovun adı olsa da, sonrada qeyri-müəyyən səbəbdən iştirakçılar arasından çıxarılıb. Nəticədə onun yeni – 100 kq çəki dərəcəsində yarışa qatılması təxirə düşüb. Qəhrəmanov 90 kq-da komandamızın aparıcı idmançısı olub.

 

60 kq

İlqar Müşkiyev – Damyen Zyade (Liberiya)/Arif Bağırov (Belarus)

Orxan Səfərov – Eysa Mayraşi (CAR)/Xuan Postiqos (Peru)

 

66 kq

Tərlan Kərimov – David Ramires (İspaniya)

Vüqar Şirinli – Bredfort Belon (ABŞ)

 

73 kq

Rüstəm Orucov – Yinjiriqala Say (Çin)

 

81 kq

Abdulhəqq Rəsullu – Matus Miliçovski (Slovakiya)

 

90 kq

Məhəmmədəli Mehdiyev – Selio Dias (Portuqaliya)

Ramin Qurbanov - İbrahim Xələf (İordaniya)

 

100 kq

Elmar Qasımov – Mixail Kosyaşnikov (Rusiya)

 

+100 kq

Uşanqi Kokauri – Miçel Horak (Çexiya)

0