[b]“Qızıl top”: Kapitan səs verəcəyi namizədin adını açıqladı[/b]
30.10.2014 - 18:11
[b]“Qızıl top”: Kapitan səs verəcəyi namizədin adını açıqladı[/b]

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan “Dnepr” klubunun futbolçusu Ruslan Rotan “Qızıl top” mükafatının qalibi müəyyənləşdirmək üçün keçiriləcək sorğuda kimə səs verəcəyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Ukrayna yığmasında da kapitanı olan Rotan argentinalı Messiyə səs verəcəyini bildirib.

 

O, seçimini belə əsaslandırıb: “Hesab edirəm ki, Kriştiano Ronaldo və Lionel Messi dünyanın ən yaxşı futbolçusu olmağa eyni dərəcədə layiqdi. Ancaq ötən il səsimi portuqaliyalıya vermişdim. Ona görə də indi rəğbətim Messi tərəfədi. Üçüncü iddiaçıya gəlincə, İniyestaya üstünlük verəcəm”.

 

Qeyd edək ki, bundan əvvəl “Bavariya”nın prezidenti Frants Bekkenbauer “Qızıl top”un Almaniya yığması ilə dünya çempionu olmuş qapıçı Manuel Noyerə verilməli olduğunu açıqlayıb. Millimizin müvəqqəti baş məşqçisi Mahmud Qurbanov isə Kriştiano Ronaldoya səs verəcəyini bildirib.

 

0