"Dnepr"ə "Qarabağ"la oyunöncəsi şad xəbər
30.10.2014 - 20:22
"Dnepr"ə "Qarabağ"la oyunöncəsi şad xəbər

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşacaq "Dnepr"ə oyunöncəsi şad xəbər gəlib. Apasport.az saytının məlumatına görə, Dnepropetrovsk klubunun futbolçusu Mateus Leyte Nasimento müalicə kursunu uğurla başa vuraraq komandanın heyətinə qatılıb.

 

Arıq braziliyalı hücumçu klubun bazasında fizioterapevtik prosedurlar da daxil olmaqla, fərdi plan üzrə məşqlərə başlayıb.

 

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin III turunda səfərdə “Dnepr”ə 0:1 hesabı ilə qalib gəlib. Ağdam təmsilçisi növbəti matçını noyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Bu görüşdə Mateus Leyte Nasimentonun da meydana çıxması gözlənilir.

0