[b]Raul sabiq baş məşqçimizin komandasında! - FOTO[/b]
30.10.2014 - 21:50
[b]Raul sabiq baş məşqçimizin komandasında! - FOTO[/b]

Madrid “Real"ını sabiq futbolçusu, canlı əfsanə Raul Qonzalesin yeni komandasının adı bəlli olub. Apasport.az saytının məlumatına görə, 37 yaşlı hücumçu "Nyu-York Kosmos"la müqavilə imzalayıb.

 

Raul ABŞ klubunda təkcə futbolçu kimi çıxış etməyəcək. O, "Nyu-York Kosmos"un gənc komandasında məşqçi vəzifəsində də çalışacaq.

 

Qeyd edək ki, "Nyu-York Kosmos"da Pele, Frans Bekkenbauer, millimizin sabiq baş məşqçisi (2005) Karlos Alberto Torres və türkiyəli qapıçı Yasin Özdenak kimi əfsanəvi futbolçular forma geyinib. 

0