Millimizə vurulan qol “Top-5”də
31.10.2014 - 09:04
Millimizə vurulan qol “Top-5”də

AVRO-2012-nin Bakıda Azərbaycan millisi ilə keçirilən oyunu Qazaxıstanda unudulmayıb. Apasport.az saytının məlumatına görə, komandamızın 3:2 hesablı qələbəsi ilə başa çatan qarşılaşma qonaqların gözəl qolu ilə yaddaşlarda qalıb.

 

Qazaxıstanda yerli futbolçuların vurduğu 5 ən gözəl qolun siyahısı açıqlanıb. Bakıdakı Azərbaycan – Qazaxıstan matçında vurulan son qol da bu siyahıya daxil olub. Vitali Yevstiqneyevin millimizi məyus etməsi “Top-5”də 4-cü olub.

 

0