Yığmamızın hücumçusu Polşada yenə qalib oldu
31.10.2014 - 09:12
Yığmamızın hücumçusu Polşada yenə qalib oldu

Qadın voleybolçular arasında Polşa Orlen Liqasında V turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Yana Ağayevanın şərəfini qoruduğu “Atom” “Developres”i qəbul edib.

 

Matç Sopot təmsilçisinin 3:0 (25:23; 25:18; 25:20) hesablı qələbəsi ilə başa çatıb. Ağayeva 3 xal qazandıqları görüşdə yenə əvəzetmələrlə meydanda olub və cəmi 2 xal qazanıb.

 

Çempionlar Liqasında “Rabitə”nin rəqibi olan “Ximik” də asan qələbəyə sevinib. Polşa çempionu “Aluprof”u səfərdə “quru hesab”la məğlub edib – 3:0 (25:17; 25:18; 25:23).

 

V turdan sonra “Atom” 12 xalla ikinci, rəqiblərindən 1 matç az keçirən “Ximik” isə 11 xalla üçüncüdür.

0