AFFA milliyə xorvatiyalı baş məşqçi gətirir: İlinə 3 milyon dollar!
31.10.2014 - 09:56
AFFA milliyə xorvatiyalı baş məşqçi gətirir: İlinə 3 milyon dollar!

Berti Foqtsun istefasından sonra boş qalan Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə Robert Prosineçki gətirilir. Apasport.az saytının xəbərinə görə, bu iddia ilə  Xorvatiya mətbuatı çıxış edib.

 

Bildirilir ki, Fransada AFFA rəhbərliyi və xorvatiyalı məşqçi arasında görüş keçirilib. Tərəflər uzun söhbətdən sonra razılığa gələ biliblər. Anlaşmaya əsasən, Prosineçki 1 il komandamızın “sükanı arxası”nda olacaq.

 

Xəbərdə qeyd olunur ki, Prosineçki ilə noyabrın 4-də Bakıda müqavilə imzalanacaq.

 

Millimiz noyabrın 16-da AVRO-2016-nın seçmə qrup mərhələsinin Norveçlə oyununa da məhz xorvatiyalı çalışdırıcının rəhbərliyi altında çıxacaq.

 

Həmkarlarımız Prosineçkinin Azərbaycanda işlədiyi müddətdə qazancını da yazıblar: 1 ilinə 3 milyon dollar. 

 

Qeyd edək ki, Prosineçki müxtəlif illərdə Xorvatiya yığmasında köməkçi məşqçi, “Srvena Zvezda” (Serbiya) və “Kayserispor” (Türkiyə) klublarında baş məşqçi vəzifəsini icra edib.

 

 

 

0