[b]Polina Rəhimova: Bu, elə-belə qarşılaşma deyildi[/b] - MÜSAHİBƏ
31.10.2014 - 10:47
[b]Polina Rəhimova: Bu, elə-belə qarşılaşma deyildi[/b] - MÜSAHİBƏ

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Cənubi Koreya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, “Hyundai”nin şərəfini qoruyan 24 yaşlı hücumçu II tur çərçivəsində GS klubuna qalib gəldikləri görüşdə (3:2) 53 xal toplamaqla, dünya rekorduna daha da yaxınlaşmasından danışıb, Asiya ölkəsinə adaptasiyanın necə getdiyini açıqlayıb.

 

- Cənubi Koreya çempionatının II turunda GS ilə qarşılaşma 5 set davam etdi və gərgin alındı. Yorulmadız?
-
Əlbəttə, bu, elə-belə qarşılaşma deyildi. Bundan əlavə, komandamıza qarşı yeni oyunçular, yaxşı komanda mübarizə aparırdı. Bir az yorulduğumu da demək olar.

- 53 xal toplamaqla matçın qəhrəmanı olduz və “Hyundai”nin qalib gəlməsində zəhmətiniz böyükdü. Sizi belə ruhlandıran, yüksək nəticə qazanmaqda kömək edən nədi?
- Mən qələbə qazanmaq istəyirəm. Heç bir qaydam yoxdu. Qələbəmlə komandama kömək olmaq və sonda hamı ilə birgə gülüb-sevinmək məqsədimdi. Hətta görüşün gedişində 50-dən çox xal topladığımı da bilmirdim. Bu, maraqlıdı. Haradasa rekorda yaxındı.

- Cənubi Koreyaya, klubunuza uyğunlaşma necə keçir? Məşqlər sizi çox yormur ki?
- Xeyr. Əksini və mənim üçün artıq asan olduğunu deyərdim. Həm iqlimə, həm atmosferə, həm də məşqlərə adaptasiya olmuşam. Düzdür, yoruluram, amma bu, normaldı. Daha çox məşq edib, bunun üzərində işləmək lazımdı.

- Matçın gedişində bəzən anlaşılmazlıqlar yaşanır. Xal qazanmaqda çətinlik çəkirsiniz. Bunun səbəbini nə ilə izah edərdiz?

- Fikrimcə, bu, normaldı. Hazırda yeni komanda, yeni mövsümdü. Bir-birimizi anlamaq üçün çox çalışmaq lazımdı. Həmçinin, qələbə üçün təcrübə də mühüm amildi. Biz hələlik cəmi 2 matça çıxmışıq. Düşünürəm ki, növbəti turlarda daha yaxşı oyun sərgiləyəcəyik.

- Görüşə gələn “Hyundai” azarkeşlərinə nə demək istərdiz?
- Onların səfərdə də bizi dəstəkləməsi xoşdu. Rəqib meydanında oynasaq da, bizim fanatlarımız daha çox idi. Bu da mənə çox gözəl təsir bağışladı.

0