[b]Topaz Premyer Liqası: Ən kiçik kimdi?[/b]
31.10.2014 - 11:22
[b]Topaz Premyer Liqası: Ən kiçik kimdi?[/b]

Topaz Premyer Liqasının ilk 10 turunda meydana çıxan futbolçuların orta yaş həddi bəlli olub. Apasport.az saytının məlumatına görə, baş tutan qarşılaşmalarda 225 futbolçu meydana çıxıb.

 

Onlardan biri – Junior Nildo iki komandada – “İnter” və “Xəzər Lənkəran”da forma geyinib. Ümumilikdə isə futbolçuların orta yaş həddi 25 yaş 8 ay 27 gündü.

 

Çempionatın ən gənc komandası “Bakı”dı. 24 futbolçuya güvənən paytaxtın eyniadlı təmsilçisi kimi “Sumqayıt” və “Neftçi”də də bu rəqəm 25 yaşdan aşağıdı. Ən yaşlı komanda isə “İnter”di. “Bankirlər” ən yaxın izləyicilərini ay hesabı ilə qabaqlayır.

 

yer

klub

orta yaş

Futbolçu sayı

1

“Bakı”

24 yaş 3 ay 17 gün

24

2

“Sumqayıt”

24 yaş 11 ay 4 gün

21

3

“Neftçi”

24 yaş 11 ay 11 gün

26

4

“Araz Naxçıvan”

25 yaş 7 gün

26

5

AZAL

26 yaş 2 ay 15 gün

21

6

“Simurq”

26 yaş 3 ay 5 gün

21

7

“Qəbələ”

26 yaş 3 ay 20 gün

21

8

“Qarabağ”

26 yaş 4 ay 25 gün

23

9

“Xəzər Lənkəran”

26 yaş 7 ay 28 gün

23

10

“İnter”

26 yaş 9 ay 13 gün

20

 

Cəmi

25 yaş 8 ay 27 gün

225

 

Çempionatın ən yaşlı siması isə “Xəzər Lənkəran”ın qapıçısı cahangir Həsənzadədi – 35 yaş 2 ay 29 gün.

 

“Sumqayıt”ın kapitanı Ruslan Poladov (34 yaş 11 ay 1 gün) ikinci, onun komanda yoldaşı Aleksandr Çertoqanov (34 yaş 8 ay 22 gün) üçüncüdü. “Bakı”nın gənc istedadı Mahir Mədətov isə Premyer Liqada hamıdan kiçikdi – 17 yaş 4 ay 1 gün.

 

“Sumqayıt”lı Fərid Kərimzadə (17 yaş 6 ay 27 gün) və “Xəzər Lənkəıran2lı Ellnur Cfərov da (17 yaş 7 ay 4 gün) ilk “üçlük”dədi. Ən gənc və yaşlının - Mahirlə Cahangir arasında 17 yaş 10 ay 27 gün fərq var. Bu isə ən gənc oyunçunun yaşından da çoxdur.

 

 

0