UEFA yığmaların reytinqini açıqladı
31.10.2014 - 12:25
UEFA yığmaların reytinqini açıqladı

Noyabrın 19-da keçiriləcək növbəti mövsümün seçmə mərhələsinin püşkü ərəfəsində UEFA yığmaların reytinqini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropanın 33-cü komandasıdı. 2011/12, 2012/13 və 2013/14 mövsümlərinin nəticələrinə əsasən hesablanan cədvəldə yığmamızın əmsalı 1,000-a bərabərdi. Bu göstərici ilə millimiz 47 komanda arasında 33-cü yerdədi.

 

Qitə birinciliyinə 47 komandanın qatılması isə yeni rekorddu. Bu yığmalar İsveçrənin Nyon şəhərindəki püşkatmada 11 qrupa bölünəcək. Fransa və Almaniya yüksək reytinqinə, Belarus isə meydan sahibi kimi bu mərhələdən azaddı.

 

Digər komandalar 3 səbətə bölünüb. Noyabrın 19-da Bakı vaxtı ilə 11:40-da başlayacaq tədbirdə millimiz C səbətində olacaq.

 

A səbəti

İspaniya, İsveç, Norveç, Danimarka, İsveçrə, Avstriya, Belçika, Polşa, İtaliya, İrlandiya, İslandiya

 

B səbəti

Çexiya, Rusiya, Hollandiya, İngiltərə, Finlandiya, Şotlandiya, Macarıstan, Serbiya, Türkiyə, Şimali İrlandiya, Xorvatiya

 

C səbəti

Rumıniya, Bosniya və Herseqovina, Sloveniya, Uels, Portuqaliya, Bolqarıstan, Ukrayna, AZƏRBAYCAN, Monteneqro, Slovakiya, Xorvatiya, Moldova, Latviya, İsrail, Farer adaları, Estoniya, Litva, Makedoniya, Qazaxıstan, Gütcüstan, Andorra, Ermənistan

 

Qeyd edək ki, Azərbaycan Ermənistanla, Ukrayna Rusiya ilə eyni qrupa düşə bilməz.

0