Fasilə ərəfəsində: “Qonşular” üz-üzə, liderlər asan gəzintidə
01.11.2014 - 10:00
Fasilə ərəfəsində: “Qonşular” üz-üzə, liderlər asan gəzintidə

Sabah Topaz Premyer Liqasında XI turun görüşləri keçiriləcək. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində klublar son matçlarına çıxacaqlar.

 

II dövrənin startı kimi, ikinci turu da eyni gündə baş tutacaq. Fasiləyə kimin lider kimi yollanacağına aydınlıq gətirəcək matçlar bir özəlliyi ilə diqqət çəkir. Turun görüşlərində

cədvəlin ilk yarısında qərarlaşanlar ikinci “beşlik”dəkilərlə mübarizə aparacaq.

 

Bu səbəbdən də hər qarşılaşmanın favoriti var. Yalnız bir görüş – turnir cədvəlində qonşu olan “Xəzər Lənkəran”la “Simurq”un qarşılaşması istisna təşkil edir. Turnir cədvəlinin ortalarında qərarlaşan bu iki komanda xal itirməməklə, liderlərə yaxınlaşmağa çalışacaq. Ardıcıl 5 matçdı meydanı qolsuz tərk etməyən cənublular son 3 turda yenilməyən “Simurq”u dayandırmaq iddiasındadı.

 

Liderlər qrupunda qərarlaşan “Qəbələ” qələbə seriyasını 3-ə çatdırmaq üçün meydana çıxacaq. Əyalət təmsilçisi iddiasız “Bakı”nı sınağa çəkəcək. “Qırmızı-qaralar” ən azı bir neçə saatlıq zirvəyə yüksəlmək üçün qalib gəlməlidi.

 

Günün ikinci oyununda seriyaları ilə diqqətləri öz üzərinə çəkən 2 komanda görüşəcək. Ardıcıl 5 məğlubiyyətlə mövsümün antirekorduna şərik olan “Sumqayıt” “İnter” qarşısında imtahan verəcək. Ardıcıl 3 dəfə 0:0 hesabı ilə kifayətlənən bakılılar heç-heçə seriyasını 5-ə çatdırmamaq əzmindədidi.

 

Turun son iki oyununda üz-üzə gələcək komandalar isə mövsümdə ilk dəfə görüşəcək. I dövrədə oyunu təxirə salınan cütlər bu dəfə liderlərin meydanında qarşılaşacaq. Zirvədən 1 xal uzaqda olan “Neftçi” paytaxt derbisində AZAL-ı sınağa çəkəcək.

 

Liderlə autsayderin matçı isə tura yekun vuracaq. Vahid liderliyini qorumaq iddiasında olan “Qarabağ” 8 turdu qələbə nə olduğunu bilməyən “Araz-Naxçıvan” səddini keçməlidi.  

 

Qeyd edək ki, bu matçlardan sonra Premyer Liqada yaranacaq fasilə noyabrın 19-da bitəcək.

 

XI tur

2 noyabr (bazar)

 

15:30. “Qəbələ” – “Bakı”
Qəbələ şəhər stadionu

I dövrədəki oyun – 2:0

 

16:00. “Sumqayıt” – “İnter”
“Kapital Bank Arena” stadionu

I dövrədəki oyun – 1:5

 

17:00. “Xəzər Lənkəran” – “Simurq”
Lənkəran şəhər mərkəzi stadionu

I dövrədəki oyun – 0:2

 

17:15. “Neftçi” – AZAL
“Bakcell Arena”

 

19:30. “Qarabağ” – “Araz Naxçıvan”
Tofiq Bəhramov adına Respublika stadionu

 


 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

9

5

3

1

14-8

18

2

İnter

10

4

5

1

20-4

17

3

Neftçi

9

5

2

2

9-8

17

4

Qəbələ

10

5

2

3

11-11

17

5

Simurq

10

4

2

4

15-10

14

6

Xəzər L

10

4

2

4

13-10

14

7

Sumqayıt

10

4

0

6

12-16

12

8

Bakı

10

3

1

6

8-22

10

9

AZAL

9

2

4

3

9-13

10

10

Araz N

9

1

1

7

7-16

4

 

Bombardir: Rəşad Eyyubov (“Simurq”) – 6.

0