Azərbaycan millisi - Avropanın 39-cu komandası
31.10.2014 - 16:56
Azərbaycan millisi - Avropanın 39-cu komandası

19 yaşadək qızlar arasında Avropa çempionatının növbəti mövsümünün püşkatmasının səbətləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Slovakiyada baş tutacaq final mərhələsinə vəsiqələr uğrunda 46 komanda mübarizə aparacaq. Bunlardan ikisi – İngiltərə ilə İspaniya yarışa elit-raunddan qoşulacaq.

 

Seçmə mərhələdə çıxış edən 44 komanda isə UEFA reytinqinə əsasən 4 səbətə bölünüb. Başa çatan son 3 mövsümün nəticələrinə əsasən tərtib olunan reytinq cədvəlində Azərbaycan millisi də yer alıb. Hesabında cəmi 1,000 xal olan komandamız Avropanın 39-cusudur. Bu üzdən də yığmamız ən zəiflərin yer aldığı D səbətində qərarlaşıb.

 

Noyabrın 19-da İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatma Bakı avxtı ilə saat 13:15-də başlayacaq. Püşk zamanı Rusiya və Ukrayna eyni qrupa düşməyəcək.

 

A səbəti

İsveç, Fransa, Almaniya, Norveç, Danimarka, Finlandiya, Belçika, Şotlandiya, İrlandiya, Hollandiya, İsveçrə

B səbəti

Portuqaliya, Çexiya, Serbiya, Rumıniya, İtaliya, Avstriya, İslandiya, Rusiya, Şimali İrlandiya, Uels, Polşa

C səbəti

Türkiyə, Ukrayna, Macarıstan, Yunanıstan, Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Makedonia, Kipr, Belarus, Estoniya

D səbəti

Farer adaları, Bolqarıstan, AZƏRBAYCAN, Moldova, LatviYa, Litva, İsrail, Qazaxıstan, Monteneqro, Gürcüstan, Albaniya.

 

0