[b]Azərbaycan şahmat tarixində bir ilk[/b]
12.11.2014 - 00:56
[b]Azərbaycan şahmat tarixində bir ilk[/b]

Azərbaycanlı şahmatçı Günay Məmmədzadə 14 yaşında qadınlar arasında beynəlxalq qrossmeyster adına layiq görülüb. Apasport.az saytının məlumatına görə, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Rusiyanın Soçi şəhərində keçirilən Prezident Şurasının iclasında qərar qəbul edilib.  

 

Bununla da Məmmədzadə Azərbaycanın şahmat tarixində qadınlar arasında ən gənc qrossmeyster olub.

 

Qeyd edək ki, Məmmədzadə Günay Vüqar qızı 2000-ci ildə Bakı şəhərində  anadan olub. 2005-ci ildən şahmatla məşğul olur. O, azyaşlılar arasında dünya çempionatında dəfələrlə qalib və mükafatçı olub. Məmmədzadə 2014-cü ilin fevralın 01-dən 09-dək Moskva şəhərində keçirilən ənənəvi  Moskva Open, fevralın 10-dan 19-dək isə Minskidə David Bronşteynin xatirəsinə həsr olunan beynəlxalq turnirlərdə uğurla çıxış edərək, beynəlxalq qrossmeyster normasının ilk balını və beynəlxalq usta normasının sonuncu balını  toplayıb. 

0