Almaniya və İngiltərə qalib gəldi, Argentina məğlub oldu
19.11.2014 - 01:56
Almaniya və İngiltərə qalib gəldi, Argentina məğlub oldu

Ötən gün millilərin iştirakı ilə yoldaşlıq oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının meydana çıxmayacağı gündə bir sıra maraqlı görüşlər baş tutub.

 

AVRO-2016-nın seçmə mərhələsində millimizin rəqibi olan İtaliya öz meydanında Albaniyanı sınağa çəkib. “Qarabağ”ın futbolçusu Ansi Aqolli yığmamızın rəqibinə 0:1 hesabı ilə məğlub olub.

 

Günün matçı isə son iki dünya çempionu – Almaniya və İspaniya arasında olub. Bu görüşün də taleyini 1 qol həll edib ki, buna da Toni Kroos imza atıb və Bundestimə qələbə (0:1) qazandırıb.

 

Bundan başqa isə Messi – Ronaldo qarşıdurması izlənilib. Buna Argentina ilə Portuqaliya arasında matçda təsadüf olunub. Hər iki ulduz futbolçunun yalnız ilk hissədə mübarizə apardığı görüşü Avropa təmsilçisi qazanıb – 1:0.

 

Digər oyunlarda Braziliya Avstriyaya 2:1, Rumıniya Danimarkaya 2:0, Rusiya Macarıstana 2:1, Fransa İsveçə 1:0 və İngiltərə Şotlandiyaya 3:1 hesabı ilə qalib gəlib.

 

Yoldaşlıq oyunları

18 noyabr

Yaponiya - Avstraliya - 2:1

Qollar: Konno, 61, Okazaki, 68 - Kehill

 

Tailand -  Yeni Zelandiya - 2:0

Qollar: Keavsombat, 44, Qraisorn, 77

 

 Çin – Honduras - 0:0

 

İran – Cənubi Koreya - 1:0

Qol: Azmoun, 82

 

Slovakiya - Finlandiya - 2:1

Qollar: Holosko, 1, Hamşik, 7 - Halsti, 45+2

 

Belarus - Meksika - 3:2

Qollar: Kislyak, 50, Siqneviç, 55, Nekhajçik, 81 - Ximenes, 47; 53

 

Yunanıstan - Serbiya - 0:2

Qollar: Petroviç, 60, Qudelj, 90+2

 

Sloveniya – Kolumbiya - 0:1

Qol: Ramos, 43

 

Avstriya – Braziliya - 1:2

Qollar: Draqoviç, 75-pen - Luis, 64, Firmino, 83

 

Estoniya – İordaniya - 1:0

Qol: Aniyer, 16

 

Rumıniya - Danimarka - 2:0

Qollar: Keserü, 53; 59

 

Ukrayna – Litva - 0:0

 

Macarıstan - Rusiya - 1:2

Qollar: Nikoliç, 86 - İqnaşeviç, 49, Kerjakov, 80

 

İrlandiya – ABŞ - 4:1

Qollar: Pilkinqton, 7, Bradi, 55; 87, MkKlin, 82 - Diskerud, 38

 

İtaliya - Albaniya - 1:0

Qol: Salihi, 82-avtoqol

 

Polşa – İsveçrə - 2:2

Qollar: Jedrzejsyk, 45+1, Milik, 61 - Drmiç, 4, Frey, 87

 

Portuqaliya - Argentina - 1:0

Qol: Querreiro, 90+1

 

İspaniya – Almaniya - 0:1

Qol: Kroos, 89

 

Fransa - İsveç - 1:0

Qol: Varan, 84

 

Şotlandiya - İngiltərə - 1:3

Qollar: Robertson, 83 - Oksleyd-Çemberlen, 32, Runi, 47; 85

0