[b]“İnter”in qələbəsiz oyunlar seriyası başa çatdı[/b]
20.11.2014 - 23:02
[b]“İnter”in qələbəsiz oyunlar seriyası başa çatdı[/b]

Bu gün Topaz Premyer Liqasının XII turunda doğma publika önündə “Xəzər Lənkəran”ı məğlub edən “İnter”in qələbəsiz oyunlar seriyası başa çatıb. Apasport.az saytının məlumatına görə, 3:1 hesabı ilə yekunlaşan matçda “bankirlər” 5 oyundan sonra ilk dəfə 3 xal qazanmağı bacarıb.

 

Sonuncu dəfə (VII tur) səfərdə AZAL-la heç-heçə (1:1) eden “İnter” ardıcıl 4 dəfə meydanı qolsuz tərk edib. “Simurq”, “Neftçi”, “Qarabağ” və “Sumqayıt”ın qapısına yol tapa bilməyən Kaxaber Sxadadzenin yetirmələri “quru seriya”nı 3 topla qırıblar.

 

Qeyd edək ki, VII turda AZAL-la 1:1 hesablı bərabərliyə qalan “İnter”in qolunu Mikel Alvaro (76) vurmuşdu. 4 oyundu fərqlənə bilməyən “bankirlər”in heyətində yenə ispaniyalı futbolçu adını tabloya yazdırıb. 32 yaşlı yarımmüdafiəçi 19 və 74-cü dəqiqələrdə dubl edib. “İnter”in ilk qoluna isə Franko Nildo (9) imza atıb.

0