[b]İtaliya Futbol Federasiyası limiti dəyişdi [/b]
21.11.2014 - 00:30
[b]İtaliya Futbol Federasiyası limiti dəyişdi [/b]

İtaliya Futbol Federasiyası A seriyasının yeni mövsümü üçün reqlamentdə dəyişikliklər edib. Apasport.az saytının məlumatına görə, 2015/16 mövsümündə komandalar sifariş ərizəsində 25 futbolçunun adını verəcək.

 

Burada ən azı 4 oyunçu İtaliyada böyüyən və klub akademiyasının şagirdi olmalıdı. 21 yaşa qədər futbolçuların sayına isə minimum təyin edilməyib. Çünki onların əksəriyyəti onsuz da italiyalılardı. Amma Avropa Birliyinə daxil olmayan ölkələrdən oyunçulara A seriyasına düşmək indi daha mürəkkəb olacaq.

 

Belə ki, qeydiyyat vaxtı gənc futbolçular italiyan sakini olmalı və ölkədə ən azı dörd il oxumalıdı. Legionerlərə gəlincə, klub yalnız bir əcnəbini başqasının yerinə imzalamaq hüququna malikdi. O şərtə ki, futbolçu son üç il boyunca peşəkar müqaviləyə malik olsun. 

0