Kriştianu Ronaldo zirvədə, Mikel Alvaro kənarda
21.11.2014 - 09:39
Kriştianu Ronaldo zirvədə, Mikel Alvaro kənarda

UEFA milli çempionatların ən məhsuldar futbolçularının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, cari mövsümdə hər oyuna orta hesabla 1 və daha çox qol vuranlar qurumun siyahısına daxil olub.

 

Cədvələ 11 matçda 18 qol vuran Kriştianu Ronaldo başçılıq edir. İspaniya “Real”ının portuqaliyalı hücumçusunun məhsuldarlığı 1,64-ə bərabərdi. Xorvatiya “Riyeka”sının üzvü Andrey Kramariç isə 15 oyunda 21 dəfə fərqlənib – 1,40. 3-cü pillədə isə Uelsin “Aberestvit” klubunda top qovan Kris Venables qərarlaşıb. 14 görüşdə 18 dəfə fərqlənən hücumçunun məhsuldarlığı 1,29-du.

 

Ümumilikdə isə Avropanın 12 futbolçusu məhsuldarlıqda 1 və daha artıq qol vurub. Topaz Premyer Liqasının bombardiri Mikel Alvaro isə 10 matçda 7 qolla orta göstəricidə 0,70-ə nail olub. 

0