AZAL 15-ə çatdı
21.11.2014 - 11:17
AZAL 15-ə çatdı

Bakının AZAL klubu evdəki uğursuz oyunlar seriyasını davam etdirir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi 15 oyundur öz meydanında qalib gələ bilmir.

 

Sonuncu dəfə 2013-cü il dekabrın 20-də qələbə sevinci yaşayan “təyyarəçilər” “Neftçi”ni 2:1 hesabı ilə yenəndən sonra qonaqları məyus edə bilmir. Bu müddətdə 8 heç-heçə edib, 7 dəfə uduzan AZAL dünya rekordçuları sırasındadı.

 

Belə ki, hazırda evdəki qələbəsiz oyunlar seriyasına görə AZAL dünyanın 5 ən uğursuz klubundan biridi. Bunlardan ikisi 17 matçlıq seriyaya malik olsa da, aşağı dəstə təmsilçiləridi. Evdə 15 oyundu qələbə qazanmayan 3 klub arasında isə AZAL da yer alıb.

 

Yüksək liqa təmsilçiləri arasında antirekord da məhz Baki klubuna məxsusdu. AZAL Yaponiyanın “Tokusima” klubu ilə şərikli göstəriciyə malikdi.

0