[b]İbrahim Şehiç: “Sent-Etyen”lə oyuna qələbə üçün çıxacağıq[/b]
21.11.2014 - 11:55
[b]İbrahim Şehiç: “Sent-Etyen”lə oyuna qələbə üçün çıxacağıq[/b]

“Bakı”ya qarşı oyunumuz çətin keçdi. Amma sonda 3 xal qazandığımız üçün sevinirik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın bosniyalı qapıçısı İbrahim Şehiç deyib.

 

Topaz Premyer Liqasının XII turunda “Bakı” üzərində 4:2 hesablı qələbə qazanan ağdamlıların çərçivə qoruyucusu matç haqqında fikirlərini açıqlayıb. Şehiç bildirib ki, qol imkanlarından istifadə edə bilməyiblər: “Oyunda xeyli qol vəziyyətləri yaratdıq. Hesab 2:2 olandan sonra, imkanlarımızdan yararlana bilmirdik. Amma oyunun son dəqiqələrində də olsa, qol vura bildik. Qazanılan hər 3 xal komandanın əhval-ruhiyyəsini yüksəldir və növbəti matça daha yaxşı hazırlaşmağımıza kömək edir. Vacib qələbə idi”.

 

26 yaşlı qolkiper Avroliqanın qrup mərhələsinin son 2 oyununda ancaq yaxşı nəticə qazanmağı düşünəcəklərini sözlərinə əlavə edib: “Hazırda biz çempionatın növbəti oyunu haqqında düşünməliyik. Avroliqa haqqında çox danışmaq istəmirəm. Qarşıdakı 2 oyunda ancaq yaxşı nəticə qazanmağı düşünəcəyik. Həm “Sent-Etyen”, həm də “İnter”lə oyunda qələbə üçün meydana çıxacağıq”.

0