Topaz Premyer Liqasının XII turunda keçirilən AZAL – “Qəbələ” qarşılaşması məhsuldar heç-heçə - 3:3 hesabı ilə başa çatıb. Apasport.az saytının məlumatına görə, 3 və daha artıq qol vuran komandaların bərabərliyinə cari mövsümdə ilk dəfə təsadüf olunub.
Azərbaycan çempionatları tarixində 11-ci dəfədir ki, 6 və daha çox olun vurulduğu matç heç-heçə nəticələnir. Belə ki, bunadək 10 dəfə belə hal yaşanmışdı. Mütləq rekord 1998/99 mövsümündə 12 qollu “Viləş” (Masallı) – “Turan” (Tovuz) qarşılaşmasına məxsusdur - 6:6.
Bir dəfə 4:4, doqquz dəfə 3:3 hesabı yaşanıb.
Maraqlıdır ki, sonuncu belə hadisə də AZAL-ın iştirakı ilə baş tutub. 5 il öncə “Olimpik-Şüvəlan” adını daşıyan bakılılar “Turan”la ev oyununda 3 qol vurub, 1 xal qazanıb.
21.05.1995 |
Bakı fəhləsi (Maştağa) - İnşaatçı (Bakı) |
3:3 |
01.06.1992 |
Kürmük (Qax) - Kəpəz (Gəncə) |
4:4 |
26.02.1995 |
Xəzər (Sumqayıt) - Pambıqçı (Neftçala) |
3:3 |
02.08.1995 |
Turan (Tovuz) - Kəpəz (Gəncə) |
3:3 |
25.04.1999 |
Viləş (Masallı) - Turan (Tovuz) |
6:6 |
14.05.2000 |
Turan (Tovuz) - Şəmkir |
3:3 |
02.08.2003 |
Bakılı - Dinamo (Bakı) |
3:3 |
28.04.2007 |
Karvan (Yevlax) - Gilan (Qəbələ) |
3:3 |
20.04.2008 |
Bakı - Karvan (Yevlax) |
3:3 |
27.09.2009 |
Olimpik-Şüvəlan (Bakı) - Turan (Tovuz) |
3:3 |
20.11.2014 |
AZAL – Qəbələ |
3:3 |