“Neftçi” “Kəpəz” ola bilmədi
21.11.2014 - 14:17
“Neftçi” “Kəpəz” ola bilmədi

Topaz Premyer Liqasının XII turu Zaqatalanın “Simurq” klubu üçün tarixi əhəmiyyət kəsb edib. Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisi tarixində ilk dəfə “Neftçi” ilə ev oyununda qalib gəlib.

 

“Simurq” ölkə çempionatları tarixində 11-ci cəhddə “ağ-qaralar”ı məğlub yola salıb. Bunadək səfərdə 6 qələbə qazanıb, 4 heç-heçə edən “Neftçi” 0:1 hesabı ilə uduzub.

 

03.05.2007

Simurq (Zaqatala) - Neftçi (Bakı)

0:1

19.04.2008

Simurq (Zaqatala) - Neftçi (Bakı)

0:0

08.03.2009

Simurq (Zaqatala) - Neftçi (Bakı)

0:2

26.12.2009

Simurq (Zaqatala) - Neftçi (Bakı)

0:0

19.02.2011

Simurq (Zaqatala) - Neftçi (Bakı)

0:3

30.09.2011

Simurq (Zaqatala) - Neftçi (Bakı)

1:2

17.02.2013

Simurq (Zaqatala) - Neftçi (Bakı)

0:2

13.04.2013

Simurq (Zaqatala) - Neftçi (Bakı)

0:1

27.10.2013

Simurq (Zaqatala) - Neftçi (Bakı)

0:0

17.05.2014

Simurq (Zaqatala) - Neftçi (Bakı)

0:0

20.11.2014

Simurq (Zaqatala) - Neftçi (Bakı)

1:0

 

Bununla da “Neftçi” eyni rəqiblə səfər oyunlarındakı məğlubiyyətsizlik seriyasında rekordu təkrarlaya bilməyib. “Simurq”un ev antirekorduna cəmi 1 görüş qalmış seriya qırılıb.

 

Azərbaycan çempionatlarının rekordu isə “Kəpəz”ə məxsusdur. MOİK Gəncə təmsilçisi ilə ardıcıl 11 oyunda qələbə qazana bilməyib. Hazırda aşağı dəstədə çıxış edən klubların Premyer Liqa çərçivəsində Bakıda baş tutan 11 matçında qonaqlar 7 qələbə qazanıb, 4 dəfə heç-heçə qeydə alınıb. “Neftçi” bu dəfə də səfərdən xalla dönsəydi, “Kəpəz”in rekordunu təkrarlayacaqdı. “Simurq” isə MOİK-in antirekorduna şərik çıxacaqdı.

 

 

26.11.1995

OİK (Bakı) - Kəpəz (Gəncə)

0:4

16.11.1996

OİK (Bakı) - Kəpəz (Gəncə)

0:1

18.10.1997

OİK (Bakı) - Kəpəz (Gəncə)

1:1

27.02.1999

OİK (Bakı) - Kəpəz (Gəncə)

0:0

22.04.2000

OİK (Bakı) - Kəpəz (Gəncə)

1:2

23.09.2001

MOİK (Bakı) - Kəpəz (Gəncə)

1:1

02.08.2003

MOİK (Bakı) - Kəpəz (Gəncə)

0:1

20.11.2004

MOİK (Bakı) - Gəncə

0:0

18.12.2005

MOİK (Bakı) - Gəncə

0:3

02.10.2010

MOİK (Bakı) - Gəncə

0:5

17.04.2011

MOİK (Bakı) - Gəncə

0:2

 

0