[b]Rail Məlikov “Dənizlispor”dan qovuldu[/b]
21.11.2014 - 14:26
[b]Rail Məlikov “Dənizlispor”dan qovuldu[/b]

Azərbaycan millisinin sabiq futbolçusu Rail Məlikov şərəfini qoruduğu Türkiyənin “Dənizlispor” klubundan qovulub. Apasport.az saytının məlumatına görə, buna müdafiəçinin səhlənkarlığı səbəb olub.

 

Belə ki, millilərin oyunları ilə əlaqədar yaranan fasilə dövründə Bakıya qayıdan Məlikov I liqa təmsilçisinin düşərgəsinə gecikib. Anasının xəstə olmasını əsas gətirən futbolçu gecikməsi barədə öncədən komandanı məlumatlandırmayıb. Elə bu da onun cəzalanması ilə nəticələnib. Arxa xətt oyunçusunu komandanın bazasına da buraxmayıblar.

 

Cəzalanan müdafiəçi ikinci komandaya göndərilib. Klub rəhbərliyi bu qərarla bağlı heç bir açıqlama verməyib. Elə bu üzdən də Türkiyə mətbuatı qərarın klub rəhbərliyinin xəbəri olmadan məşqçilər korpusu tərəfindən verildiyini iddia edir.

 

Qeyd edək ki, son turun “Adanaspor”la oyununda meydana sonradan daxil olan Məlikovun komandası bu həftə “Antalyaspor”la görüşəcək.

0