Sabiqlər 16 qol vurdu - VİDEO
21.11.2014 - 18:27
Sabiqlər 16 qol vurdu  - VİDEO
AFFA və İdman Mədəniyyəti və Maarifçiliyinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Bayıl Arena”da Bakı Avropa Oyunları Əməliyyat Komitəsi ilə Azərbaycan milli komandasının keçmiş üzvlərindən ibarət komanda arasında yoldaşlıq görüşü keçirilib. Apasport.az saytının xəbərinə görə, yoldaşlıq oyunu ölkəmizdə qadın futbolunun inkişafı, təbliğatının gücləndirilməsi və gənclərin asudə vaxtlarının səmərəli istifadə etmək məqsədi ilə təşkil olunub. Qarşılaşma Azərbaycan millisinin keçmiş üzvlərindən ibarət komandanın 16:2 hesablı qələbəsilə başa çatıb.
 
 

0