Malta millisinin qapıçısı: Azərbaycanı məğlub edə biləcək gücdəyik
21.11.2014 - 19:00
Malta millisinin qapıçısı: Azərbaycanı məğlub edə biləcək gücdəyik

“Bolqarıstana qarşı yaxşı oynadıq. Bu komanda ilə səfərdə 1:1 hesablı heç-heçə bizim üçün əla nəticədi”. Apasport.az xəbər verir ki, bu sözləri Malta millisinin qapıçısı Endryu Hoqq deyib.

 

AVRO-2016-nın seçmə mərhələsində millimizin rəqibi olan maltalıların qolkiperi martın 28-də Bakıda Azərbaycan yığmasını da məğlub etmək istədiklərini bildirib: “Biz seçmə mərhələdə heç də pis oynamamışıq. Çünki qapımızdan elə də çox qol buraxmamışıq. Ən böyük hesablı yenilgimiz Norveç millisinə olub ki, 0:3 hesabı ilə məğlub olmuşuq. Amma ondan sonra nəticələrimiz də yaxşıya doğru dəyişib. Növbəti matçımızı Bakıda Azərbaycan millisinə qarşı keçirəcəyik. Onları səfərdə məğlub etmək istəyirik. Düşünürəm ki, bunu bacara bilərik”. 

0