[b]Rəqibimizin tarixə düşən futbolçusunu “Real” istəyir[/b]
21.11.2014 - 20:27
[b]Rəqibimizin tarixə düşən futbolçusunu “Real” istəyir[/b]

AVRO-2016-nın seçmə mərhələsində millimizin rəqibi Norveç yığmasının gənc ulduzu Martin Edeqor karyerasını İspaniya La Liqasında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 15 yaşlı yarımmüdafiəçiyə Madrid “Real”ı elçi düşüb.

 

İspan mətbuatı idda edir ki, “Kral klubu”nun nümayəndələri “Stromsqodset”in oyunçusunun atası ilə görüşüb. “Real” Edeqora 5 illik müqavilə təklif edib. Martinin bir ay ərzində La Liqa təmsilçisinə keçəcəyi gözlənilir.

 

Qeyd edək ki, AVRO-2016-nın seçmə mərhələsində Norveç – Bolqarıstan  (2:1) görüşün 2-ci hissəsində meydana daxil olan Edeqor qitə çempionatları tarixində ən gənc oyunçu ünvanını qazanıb. 64-cü dəqiqədə komanda yoldaşını əvəzləyən skandinaviyalı 15 yaş 297 günlüyündə buna nail olub. 

0