“Dalğa Arena”da 35-сi duel
21.11.2014 - 22:18
“Dalğa Arena”da 35-сi duel

“Xəzər Lənkəran” Premyer Liqanın XIII turu çərçivəsində noyabın 24-də “Neftçi” ilə üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, qarşıdakı matç cütlüyün tarixində 35-сi duel olacaq.

 

Bu komandalar indiyə qədər biri “qızıl oyun” olmaqla, 30 dəfə çempionat matçında, 3 kubok oyununda və 1 dəfə də Superkubokda görüşüblər.

 

34 matçın (oyunların əsas və əlavə vaxtlarında qeydə alınmış hesablara görə)  statistikasında “Neftçi”nin üstünlüyü var.

 

Beləki, “Xəzər Lənkəran” “ağ-qaralar”la keçirdiyi 34 qarşılaşmanın 9-da qələbə qazanıb, 11 oyunda məğlub olub və 14 görüşdə isə qalib müəyyənləşməyib. Top fərqində isə Bakı klubu 7 top fərqi ilə irəlidədi - 30:37.

 

Qeyd edək ki, burada ölkə kubokunun final matçında oyun sonrası penaltilər seriyasında vurulan qollar nəzərə alınmır.(12cioyuncu.info)

 

0