Konfederasiyalar kubokunun keçiriləcəyi şəhərlər açıqlandı
22.11.2014 - 00:01
Konfederasiyalar kubokunun keçiriləcəyi şəhərlər açıqlandı

2017-ci ildə keçiriləcək Konfederasiyalar kubokunun şəhərləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Rusiyada təşkil ediləcək turnirin görüşləri 4 məkanda reallaşacaq.

 

Belə ki, Konfederasiyalar kuboku Moskva, Sankt-Peterburq, Soçi və Kazan şəhərlərində oynanılacaq. Turnirin başlama vaxtı isə FİFA İcraiyyə Komitəsinin 18-19 dekabr tarixinə planlaşdırılan iclasında bəlli olacaq.

 

Qeyd edək ki, Konfederasiyalar kuboku 2017-ci ilin 17 iyun - 2 iyul tarixlərində keçiriləcəyi gözlənilir.

0