“Real”ın müdafiəçisi attestat aldı
22.11.2014 - 00:12
“Real”ın müdafiəçisi attestat aldı

“Real”ın müdafiəçisi Serxio Ramos orta məktəbi başa vurub. Apasport.az saytının məlumatına görə, 28 yaşlı İspaniya millisinin üzvü attestat alıb.

 

Ramos “Ətraf mühitin mühafizəsi (ekologiya və biologiya)” fənni üzrə imtahandan uğurla keçib, orta təhsilli məzun adını qazanıb.

 

Qeyd edək ki, Madrid klubunun kapitanı 2004-cü ildə “Sevilya”da forma geyindiyi zaman məktəbi yarımçıq qoymuşdu. Daha sonra “Real”a keçən Ramos attestat almaq üçün bir neçə dəfə imtahan verib. 

0