Dunqa “Çelsi”yə baş çəkdi - FOTO
22.11.2014 - 01:02
Dunqa “Çelsi”yə baş çəkdi - FOTO

Braziliya millisinin məşqçisi Dunqa, onun köməkçisi Andrey Lopes və Braziliya Futbol Konfederasiyasının texniki direktoru Jilmar Rinaldi Londonda “Çelsi” klubuna baş çəkiblər. Apasport.az saytının məlumatına görə, Cənubi Amerikadan olan nümayəndə heyəti klubun infrastrukturu ilə tanış olublar.

 

Daha sonra onlar “zadəganlar”ın çalışdırıcısı Joze Mourinyo ilə birlikdə şam ediblər. Yemək zamanı məşqçilər futbolla bağlı məsələləri həll edib, braziliyalı oyunçuların çıxışları haqda danışıblar.

 

Qeyd edək ki, Dunqa və onunla birlikdə İngiltərəyə gələn şəxslər Premyer Liqanın XII turunda baş tutacaq “Çelsi” – “Vest Bromviç”, “Arsenal" – “Mançester Yunayted” və “Kristal Pelas” – “Liverpul” matçlarını stadiondan canlı izləyəcəklər.

0