“Qarabağ"la görüş nokaut xarakterlidi”
22.11.2014 - 01:20
“Qarabağ"la görüş nokaut xarakterlidi”

“Qarabağ"la görüş həlledici və nokaut xarakterlidi”. Apasport.az saytının məlumatına görə, bunu Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “Sent-Etyen" klubunun futbolçusu Jeremi Kleman deyib.

 

Fransa təmsilçisi sabah ölkə çempionatında səfərdə “Nant”la üz-üzə gələcək. Təcrübəli futbolçu oyunöncəsi klubun rəsmi saytına müsahibə verib.

 

Avropa Liqasının qrup mərhələsinin start matçında Bakıdakı görüşdə (0:0) komandasını kapitan sarğısında meydana çıxaran Kleman qarşıdakı matçlar haqda danışıb: “Eyni zamanda, biz “Nant”la da matçı düşünürük. 3 böyük görüşlərdə oynamaq istəyirəm. Bundan başqa, dekabr ayı mövsümün ikinci yarısı üçün həlledici ola bilər. Ölkə çempionatında mübarizə aparmaq lazımdı. Avropa Liqasında iki həlledici oyuna çıxacağıq. Tez-tez oyun keçirəndə, bərpa üçün xeyli vaxtımız gedir. Məşqlərdə topla hazırlığa çox az vaxtımız olur. Millinin oyunundan bir həftə sonra meydana çıxmağımız isə bizə yenidən enerji toplamaq imkanı qazandıracaq”.

 

Qeyd edək ki, Avropa Liqasının F qrupunda 8 xalla "İnter" liderdi. Hərəyə 4 xal toplayan "Dnepr", "Qarabağ" və "Sent-Etyen" isə sonrakı 3 yerlərdə qərarlaşıblar.

 

0