“Simurq” müdafiəçisi ilə yeni müqavilə imzaladı
22.11.2014 - 02:00
“Simurq” müdafiəçisi ilə yeni müqavilə imzaladı

Ötən gün “Simurq” müdafiəçisi Tural Axundovla yeni müqavilə imzalayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 26 yaşlı futbolçu daha iki il Zaqatala təmsilçisinin şərəfini qoruyacaq.

 

Ötən mövsümün əvvəlində “Simurq”un heyətinə cəlb olunan Axundov indiyənədək Premyer Liqada 44 matçda "sarı-qaralı" forma geyinib. Tural 2017-ci il iyun ayının sonuna qədər "Simurq"un uğurları üçün çalışacaq. 

 

Qeyd edək ki, daha öncə "Muğan" və "Rəvan"da çıxış edən Axundov 94 matçda forma geyinib.  

0