[b]İstefa qoxulu “Böyük oyun”[/b]
22.11.2014 - 11:02
[b]İstefa qoxulu “Böyük oyun”[/b]

Sabah Topaz Premyer Liqasında XIII tura start veriləcək. Apasport.az saytının məlumatına görə, iki gün davam edəcək tur paytaxtdakı yeganə qarşılaşma ilə başlayacaq.

 

Son ölkə çempionu və hazırkı lider “Qarabağ” AZAL-ı sınağa çəkəcək. Cari mövsümdə heç kimə yenilməyən və yalnız texniki məğlubiyyət alan Qurban Qurbanovun yetirmələri I dövrədə çətinlik çəkmədən məğlub etdiyi rəqibdən də 3 xal almağa çalışacaq. Lakin 5 matçdı qələbə həsrətində olan “təyyarəçilər” də “Qəbələ” ilə son görüşdə olduğu kimi ağdamlılara da başağrı ola bilər.

 

Yerli mütəxəssislər – Qurbanovla Tərlan Əhmədovun duelindən sonra meydana turnir cədvəlinin ortalarında qərarlaşan iki komanda çıxacaq. Əcnəbi çalışdırıcılara güvənən “Qəbələ” və “Simurq”un qarşılaşmasının məhsuldar keçməsi də istisna deyil. Çünki hər iki komanda 3 turdu meydanı qolsuz tərk etmir.

 

Turun mərkəzi oyunu isə bazar ertəsi baş tutacaq. “Xəzər Lənkəran”la “Neftçi” arasında “Böyük oyun”un meydan sahibi əyalət klubu olsa da, görüş paytaxtda keçiriləcək. Lənkərandakı stadionun ot örtüyü dəyişdirildiyi üçün cənublular bakılıları elə Bakıda qəbul edəcək. Ardıcıl 6 oyundu meydanı qolsuz tərk etməyən, eyni zamanda 4 turdu qapısında da qol görən Oğuz Çətinin yetirmələri Arif Əsədovun komandasından I dövrədəki məğlubiyyətin qisasını almaq əzmindədi. Son turda hər iki komanda uduzduğundan ardıcıl iki yenilgi alacaq tərəfin baş məşqçisinin kreslosu laxlaya da bilər.

 

Bu görüşlə eyni vaxtda autsayderlər də üz-üzə gələcək. Son pillədə qərarlaşan “Bakı” millilərin oyunları ilə əlaqədar fasilədən sonra ilk matçına çıxacaq “Sumqayıt”ın qonağı olacaq. Əsasən gənclərdən qurulan paytaxtın eyniadlı təmsilçisi I dövrədəki məğlubiyyətin əvəzini çıxa bilsə, son pillədə qurtulacaq.

 

Qeyd edək ki, çempionatda 9 komanda qaldığından XIII turda “İnter” istirahət edəcək.

 

 

 

XIII tur

23 noyabr (bazar)

 

15:15. “Qarabağ” – AZAL

I övrədəki oyun – 3:0

Tofiq Bəhramov adına Respublika stadionu

 

17:15. “Qəbələ” – “Simurq”

I övrədəki oyun – 2:1

Qəbələ şəhər stadionu

 

24 noyabr (bazar ertəsi)

 

17:00. “Xəzər Lənkəran” – “Neftçi”

I övrədəki oyun – 0:1

“Dalğa Arena”

 

17:00. “Sumqayıt” – “Bakı”

I övrədəki oyun – 2:1

“Kapital Bank Arena” stadionu

 

 

1.

Qarabağ

10

6

3

1

18:10

21

2.

Neftci

10

6

2

2

13:6

20

3.

İnter

11

4

6

1

20:4

18

4.

Simurq

11

4

2

5

13:12

14

5.

Xəzər Lənkəran

11

4

2

5

14:14

14

6.

Qəbələ

10

3

4

3

13:15

13

7.

Sumqayıt

10

3

1

6

11:16

10

8.

AZAL

10

2

4

4

10:18

10

9.

Bakı

11

2

2

7

9:26

8

 

Bombardir: Mikel Alvaro (“İnter”) -  7. 

 

0