“Azərbaycanda futbola daha çox pul yatırılır, nəinki Avstriyada”
22.11.2014 - 11:36
“Azərbaycanda futbola daha çox pul yatırılır, nəinki Avstriyada”

“Azərbaycan futboluna daha çox pul yatırılır, nəinki Avstriya futboluna. Bu səbəbdən Azərbaycanda daha güclü legionerlər var”. Apasport.az xəbər verir ki, bu sözləri avstriyalı futbol eksperti Georg Zelhofer deyib.

 

Ölkəsinin futbolunun durumu haqqında danışan mütəxəssis Azərbaycan klublarının maliyyə cəhətdən daha güclü olduğunu bildirib: “Azərbaycan klublarının maliyyə durumu çox yaxşıdı. Ona görə də onlar inkişaf edirlər. Avstriyada isə “Zalsburq”u çıxsaq, digər komandaların vəziyyətini elə də yaxşı saymaq olmaz. Azərbaycanlılar Afrikadan və digər ölkələrdən güclü legionerlər cəlb edirlər. Bizim futbolumuz isə getdikcə zəifləyir. Bu durumun nə qədər belə davam edəcəyini deyə bilmərəm”.

 

 

0