[b]“Qarabağ”ın rəqibi 10 nəfərlə heç-heçə etdi[/b]
22.11.2014 - 22:06
[b]“Qarabağ”ın rəqibi 10 nəfərlə heç-heçə etdi[/b]

Ukrayna Premyer Liqasında XIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Dnepr” də növbəti matçına çıxıb.

 

Dnepropetrovsk klubu doğma publika önündə “Qoverla” ilə münasibətlərinə aydınlıq gətirib. Görüşdə qalib müəyyənləşməyib.

 

Oyunda hesabı əvvəlcə 57-ci dəqiqədə Bakıda “Qarabağ”la oyunda (1:2) dubl edən xorvatiyalı hücumçu Nikola Kaliniç açıb. Lakin “Dnepr”in sevinçi çox çəkməyib. Qoldan 2 dəqiqə sonra Vitali Kaverin hesabda tarazlıq yaradıb. Matçın sonlarına qədər Miron Markeviçin yetirmələri qələbə topunu vura bilməyib və qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

 

Xatırladaq ki, 83-cü dəqiqədə Kaliniç ikinci sarı vərəqə alaraq, komandasını azlıqda qoyub.

 

Beləliklə, evində 1 xal qazanan rəqibimiz xalını 27-yə çıxarıb və turnir cədvəlində lider Kiyev “Dinamo”suna çatıb.

 

Qeyd edək ki, Avropa Liqasının F qrupunda 8 xalla "İnter" liderdi. Hərəyə 4 xal toplayan "Dnepr", "Qarabağ" və "Sent-Etyen" isə sonrakı 3 yeri tuturlar.

0