Mahir Şükürov 90 dəqiqə oynadı
23.11.2014 - 00:20
Mahir Şükürov 90 dəqiqə oynadı

Türkiyə PTT I liqasında X tura start verilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Mahir Şükürovun forması geyindiyi "Karşıyaka" "Bucaspor"u qəbul edib.

 

Görüşdə təmsilçimizin komandası 1:0 hesablı qələbə qazanıb. Şükürov meydana start heyətində çıxıb və 90 dəqiqə mübarizə aparıb.

 

Qeyd edək ki, "Karşıyaka" 10 turdan sonra 14 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

0