“Simurq” Qəbələdə itkilərlə məşqə çıxdı
23.11.2014 - 14:58
“Simurq” Qəbələdə itkilərlə məşqə çıxdı

Topaz Premyer Liqasının XIII turunda bu gün "Qəbələ"nin qonağı olacaq “Simurq” hazırlıqları tamamlayıb. Apasport.az saytının məlumatına görə, ötən gün qarşılaşmanın keçiriləcəyi meydançada məşqə çıxan Zaqatala klubu yağışlı havada bir saata yaxın çalışmaları davam etdirib.

 

Bundan sonra komanda məskunlaşdığı oteldə istirahətə çəkilərək, oyunun start fitini gözləməyə başlayıb.

 

İlk dövrədə doğma arenada "Qəbələ"yə məğlub olan Georgi Çixradzenin yetirmələri bu qarşılaşmayada ciddi itkilərlə çıxacaq. Yarımmüdafiəçilər Murad Səttarlı və Vüqar Mustafayev səfərə komanda ilə birgə gətirilməyib. Onlar Zaqatalada qalaraq, fərdi hazırlıqları davam etdirib.

 

Qeyd edək ki, "Qəbələ" - "Simurq" matçı saat 17:15-də start götürəcək və "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq.

0