[b]Reynaldonun “Sent-Etyen”lə matçda oynamayacağı dəqiqləşdi [/b]
23.11.2014 - 18:10
[b]Reynaldonun “Sent-Etyen”lə matçda oynamayacağı dəqiqləşdi [/b]

Avropa Liqasının qrup mərhələsində “Sent-Etyen”lə qarşılaşacaq “Qarabağ” Fransaya ciddi itkilərlə gedəcək. Apasport.az saytının məlumatına görə, Ağdam klubunun aparıcı üzvü Reynaldo komandasına kömək edə bilməyəcək.

 

Ötən gün “Qarabağ”ın AZAL-la oyunöncəsi məşqində zədələnən braziliyalı hücumçunun “yaşıllar”la matçda meydana çıxmayacağı dəqiqləşib. Bu gün “təyyarəçilər”lə (2:1) başa çatan matçda komandasının oyununu kənardan izləyən “sambaçı”nın durumu ilə bağlı baş məşqçi Qurban Qurbanov da məlumat verib.

 

Gənc çalışdırıcı qarşılaşmadan sonra keçirilən mətbuat konfransında bildirib ki, “Sent-Etyen”lə görüşdə həm Reynaldonun, həm də Diasın xidmətindən istifadə etməyəcək.

 

Qeyd edək ki, “Sent-Etyen” – “Qarabağ” matçı noyabrın 27-də keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

0