[b]Qurban Qurbanov: Səhvlər yenə də var idi[/b]
23.11.2014 - 18:14
[b]Qurban Qurbanov: Səhvlər yenə də var idi[/b]

“İstədiyimiz 3 xalı qazana bildik”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məxsusdu.

 

Təcrübəli mütəxəssis bu gün Topaz Premyer Liqasının XIII turunda Tofiq Bəhramov adına Respublika stadionunda AZAL üzərində qazanılan qələbədən (2:1) danışıb: “Əsas heyət oyunçularına şans verdik ki, “Sent Etyen"lə oyundan öncə praktika çatışmazlığı olmasın. Amma səhvlər yenə də var idi. Onların üzərində işləməliyik. Reynaldo və Dias zədəlidirlər. Təəsüf ki, Fransada bizə kömək edə bilməyəcəklər. Reynaldo ancaq 10 gündən sonra oynaya biləcək”.(pfl)

0