[b]“Sent-Etyen” “Qarabağ”la oyunöncəsi xal itirdi[/b]
23.11.2014 - 18:52
[b]“Sent-Etyen” “Qarabağ”la oyunöncəsi xal itirdi[/b]

Bu gün Fransa çempionatında XIV turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “Sent-Etyen” də səfərdə meydana çıxıb.

 

“Yaşıllar”ın rəqibi “Nant” olub. Matçda hesab açılmayıb. Qarşılaşma 0:0 hesablı bərabərliklə yekunlaşıb.

 

Beləliklə, “Qarabağ”la oyunöncəsi xal itirən “Sent-Etyen” xalını 22-yə yüksəldib və hazırda turnir cədvəlinin VII pilləsində qərarlaşır.

 

Qeyd edək ki, “Sent-Etyen” – “Qarabağ” matçı noyabrın 27-də keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 00:05-də start verəcək. 

0