Qalmaqallı oyunda 4 qol, 4 qırmızı vərəqə
24.11.2014 - 18:57
Qalmaqallı oyunda 4 qol, 4 qırmızı vərəqə


Bu gün Topaz Premyer Liqasında XIII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, son oyun günündə 2 qarşılaşma baş tutub.

 

Turun “Dalğa Arena”da keçirilən mərkəzi görüşü qalmaqalla keçib. Azərbaycan millisinin baş məşqçisi postuna əsas namizəd Robert Prosineçkinin də izlədiyi “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşması qırmızı vərəqələrlə də zəngin olub.

 

Hər komandanın iki futbolçusunun belə sərt cəzaya məruz qaldığı matç ərzində bir neçə dəfə ara da qarışıb. Lakin hakimlər briqadası hər dəfə aranı sakitləşdirib, oyunu davam etdirməyi bacarıb. Oyuna gəlincə isə “Xəzər Lənkəran” iki dəfə hesabda önə çıxsa da, bakılılar hər dəfə bərabərlik qolunu vurub. Beləliklə, 4 qırmızı vərəqənin qeydə alındığı matçda 4 qol da vurulub – 2:2.

 

Bu qarşılaşma ilə eyni vaxtda autsayderlər də üz-üzə gəlib. Son pillədə qərarlaşan “Bakı” millilərin oyunları ilə əlaqədar fasilədən sonra ilk matçına çıxan “Sumqayıt”la görüşdə erkən qol vursa da, üstünlüyünü qoruya bilməyib. Hərəyə 1 qol vuran komandalar  xalla kifayətlənib 1:1.

 

Qeyd edək ki, çempionatda 9 komanda qaldığından XIII turda “İnter” istirahət edib. İlk oyun günündə isə “Qarabağ” AZAL-a 2:1, “Simurq” “Qəbələ”yə 3:2 hesabı ilə qalib gəlib. Maraqlıdı ki, XIII turda meydana çıxan bütün komandalar qol sevinci yaşayıb.

 

 

 

 

Topaz Premyer Liqası

XIII tur

24 noyabr (bazar ertəsi)

 "Xəzər Lənkəran” – "Neftçi” - 2:2
QOLLAR: Qalin İvanov, 8; Əfran İsmayılov, 34 - Ruslan Qurbanov, 10; Mürhüseyn Seyidov, 90+5
Qırmızı vərəqələr: Emil Balayev, 15 (Neftçi), Sadio Tounkara, 45 (Xəzər L); Elnur Allahverdiyev 49 (Neftçi); Əfran İsmayılov, 74
I dövrədəki oyun – 0:1

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Namiq Hüseynov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Gülağa Cabbarov
"Dalğa Arena”

“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tyeqo de Xesus, 6. Rəşad Sadiqov, 7. Sadio Tounkara, 8. Qalin İvanov, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 22. Əfran İsmayılov, 33. Rasim Ramaldanov, 63. Alfred Sanko
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 13. Aleksandr Şemonayev, 10. Elnur Abdullayev, 28. Fernando Qabriel, 55. Ağabala Ramazanov, 97. Elnur Cəfərov, 99. Deyan Blajevski
Baş məşqçi: Oğuz Çətin

“Neftçi”: 1. Emil Balayev, 2. Karlos Kardozo, 3. Denis Silva, 9. Flavinyo (k), 10. Julius Vobay, 14. Elnur Allahverdiyev, 15. Erik Ramos, 23. Ruslan Qurbanov, 19. Mirhüseyn Seyidov, 27. Məqsəd İsayev, 90. Ernest Nfor
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 11. Nikolas Kanales, 17. Nicat Qurbanov, 18. Kaue da Silva, 21. Samir Məsimov, 28. Emin Mehtiyev, 95. Elvin Bədəlov
Baş məşqçi: Arif Əsədov

 

 "Sumqayıt” – "Bakı”  - 1:1
Qollar: Kiyan Sultanpur, 84 - Nurlan Novruzov, 1
I övrədəki oyun – 2:1
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, İsgəndər Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Asim Xudiyev
"Kapital Bank Arena”

“Sumqayıt”: 1. Andrey Popoviç, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 7. Ruslan Poladov (k), 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 22. Tofiq Mikayılov, 45. Murad Ağayev, 77. Təvəkkül Məmmədov, 92. Bəxtiyar Həsənalızadə
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 5. Cəmil Hacıyev, 9. Orxan Əliyev, 11. Kiyan Sultanpur, 17. Ramazan Abbasov, 86. Fərid Quliyev, 96. Budaq Nəsirov
Baş məşqçi: Aqil Məmmədov

“Bakı”: 12. Elxan Əhmədov, 19. Eltun Hüseynov, 18. Əziz Quliyev, 5. Georgios Palagios, 6. Vüqar Bəybalayev, 30. Cəmşid Məhərrəmov, 8. Lukas Mario Horvat (k), 85. Jaba, 10. Nurlan Novruzov, 22. Risto Ristoviç, 11. Tural Qürbətov
Ehtiyat oyunçular: 26. Davud Əsgərov, 2. Nicat Əsgərov, 20. Valeh Seyidov, 4. Ülvi Süleymanov, 45. Mahir Mədətov, 21. Elşad Manafov, 9. Raul Yaqubzadə
Baş məşqçi: İbrahim Uzunca


 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

11

7

3

1

20-11

24

2

Neftçi

11

6

3

2

15-8

21

3

İnter

11

4

6

1

20-4

18

4

Simurq

12

5

2

5

16-14

17

5

Xəzər Lənkəran

12

4

3

5

16-16

15

6

Qəbələ

11

3

4

4

15-18

13

7

Sumqayıt

11

3

2

6

12-17

11

8

AZAL

11

2

4

5

11-20

10

9

Bakı

12

2

3

7

10-27

9

 

Bombardir: Mikel Alvaro (“İnter”) -  7. 

 

 

 

0