Millimizin futbolçularının komandası uduzdu, Subaşiç “fərqləndi”
24.11.2014 - 00:25
Millimizin futbolçularının komandası uduzdu, Subaşiç “fərqləndi”

Türkiyə PTT I liqasında X turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin futbolçuları Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budakın çıxış etdiyi  "Qaziantep BB" yığmamızın sabiq hücumçusu Branimir Subaşiçin formasını geyindiyi "Manisaspor"u qonaq edib.

 

Matçda qonaq komanda 0:2 hesablı qələbəyə sevinib.

 

Bu görüşdə Ufuk 90, Vaqif 74 dəqiqə meydanda mübarizə apardığı təqdirdə, Rəhman "18-liy"ə belə düşə bilməyib. "Manisaspor"da isə Subaşiç start heyətində yer alıb. Serb əsilli azərbaycanlı forvard 13-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb və 90-cı dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, "Manisaspor" 10 turdan sonra 10 xalla turnir cədvəlinin 13-cü, "Qaziantep BB" 8 xalla 17-ci pilləsində qərarlaşıb.

0