Yığmamızın üzvü “Karlsrue”yə 3 xal qazandırdı
24.11.2014 - 01:05
Yığmamızın üzvü “Karlsrue”yə 3 xal qazandırdı

Almaniya II Bundesliqasında XIV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin futbolçusu Dmitri Nazarovun heyətində çıxış etdiyi “Karlsrue” "Aue"ni qəbul edib.

 

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda vurulan yeganə qolun müəllifi Nazarov olub. Dmitri 74-cü dəqiqədə penaltidən fərqlənib. Start heyətində yer alan təmsilçimiz 81-ci dəqiqədə Dominik Peytslə əvəzlənib.

 

Qeyd edək ki, Dmitri Nazarovun komandası 23 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alır. 

0