“Dördlər finalı”nın iştirakçıları müəyyənləşdi
24.11.2014 - 09:00
“Dördlər finalı”nın iştirakçıları müəyyənləşdi

Futzal üzrə UEFA kuboku uğrunda mübarizəni davam etdirəcək Avropanın 4 ən güclü klubu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, elit-raundun nəticələrinə əsasən “Dördlər finalı”nın iştirakçıları bəlli olub.

 

Qitənin ən güclüsü adı uğrunda öz qruplarında I yeri tutan komandalar mübarizə aparacaq. Bunlar Portuqaliyanın “Sportinq”, İspaniyanın “Barselona”, Qazaxıstanın “Kayrat” və Rusiyanın “Dina” klublarıdı. Maraqlıdı ki, onların hamısı elit-raundu 3 qələbə ilə başa vurub. 2015-ci il aprelin 23-26-da keçiriləcək həlledici oyunlara meydan sahibliyi edəcək klub bu “dördlük”dən seçiləcək.

 

Qeyd edək ki, Azərbaycan çempionu “Araz” elit-raundda “Dina” ilə eyni qrupda yer alıb bütün oyunlarında məğlub olmuşdu. Təmsilçimiz Slovakiyanın “Slov-Matik” klubuna 3:4, rusiyalılara 4:5, Çexiya təmsilçisi “Xrudim”ə 0:6 hesabı ilə yenilmişdi.

0