Millimiz Xorvatiya klubuna qalib gəldi
24.11.2014 - 11:00
Millimiz Xorvatiya klubuna qalib gəldi

Xorvatiyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, millimiz “Slaven Belupo” klubunun U-18 komandası ilə qarşılaşıb.

 

Komandamız bu görüşdə 3:2 hesabı ilə qələbə qazanıb. Pilağa Mehdiyevin dubl etdiyi oyunda, yığmamızın digər qolunu Kənan Səfərov vurub.

 

Mənbə: affa.az

0