[b]Sadio Tounkara oynasa...[/b]
24.11.2014 - 11:01
[b]Sadio Tounkara oynasa...[/b]

Topaz Premyer Liqasının XIII turunda bu gün “Neftçi”yə qarşı keçiriləcək matç "Xəzər Lənkəran"ın malili yarımmüdafiəçisi Sadio Tounkara üçün yubiley oyunu olacaq. Apasport.az klubun rəsmi saytın istinadən xəbər verir ki, afrikalı futbolçu “Böyük oyun”da meydana çıxarsa,  karyerasında 100-cü dəfə “ağ-yaşıl” formanı geyinəcək.

 

2012-ci ilin əvvəlində cənub klubuna transfer olunan 22 yaşlı yarımmüdafiəçi 2011/12 mövsümündə AZAL-la qarşı keçirilən oyunda debüt edib. Həmin qarşılaşmanın 68-ci dəqiqəsində meydana daxil olan afrikalı 3 ilə yaxın müddətdə 81 çempionat, 10 kubok, 7 Avroliqa, 1 Superkubok görüşünün iştirakçısı olub.

 

Çempionatda çıxışını dayandıran “Araz-Naxçıvan”la oyunun nəticəsi ləğv olunduğundan Sadionun yubileyi “Neftçi” ilə “Böyük oyun”a təsadüf edəcək. Əgər Naxçıvan təmsilçisi mübarizəni davam etdirmiş olsaydı, afrikalı artıq “İnter”lə XII turun matçında 100-ə çatacaqdı.

 

Mövsüm

Turnir

Oyun

Dəqiqə

Qol

Sarı

Qırmızı

2011/12

çempionat

11

629

1

0

0

2011/12

Kubok

1

27

0

0

0

2012/13

Avropa Liqası

4

309

0

2

0

2012/13

çempionat

28

2006

5

5

0

2012/13

Kubok

4

304

0

1

0

2013/14

Avropa Liqası

3

270

0

0

0

2013/14

çempionat

35

2253

5

3

0

2013/14

Superkubok

1

64

0

0

1

2013/14

Kubok

5

378

2

0

0

2014/15

çempionat

7

516

1

1

0

 

Cəmi

99

6756

14

12

1

 

Sadio “Xəzər Lənkəran”ın tarixində 100 oyun səddinə çatan 9-cu futbolçu olacaq. Onadək bunu 8 oyunçumuz bacarıb. Radomir Todorov və Adrian Skarlatakedən sonra 100-ü fəth edən 3-cü legioner kimi tarixə düşəcək Tounkara klubda bunu bacaran ilk afrikalı olacaq.

 

Yer

Futbolçu

Oyun

1

Rahid Əmirquliyev

280

2

Radomir Todorov

183

3

Alim Qurbanov

177

4

Kamran Ağayev

161

5

Rəşad Abdullayev

155

6

Elnur Abdullayev

126

7

Adrian Skarlatake

101

8

Elnur Allahverdiyev

100

 

"Xəzər Lənkəran" TV-nin Sadio Tounkaranın 100 oyunu barədə hazırladığı süjeti təqdim edirik:

 

0