Azərbaycan boks millisi dünya çempionatından 2 medalla qayıdır
24.11.2014 - 11:17
Azərbaycan boks millisi dünya çempionatından 2 medalla qayıdır

Cənubi Koreyanın Jeju şəhərində keçirilən boks üzrə qadınlar arasında dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması yarışda 1 gümüş və 1 bürünc medal qazanıb.

 

Belə ki, 69 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Yelena Vıstropova bu dəfə bürünc medalla kifayətlənib. Boksçumuz yarımfinalda Panama təmsilçisi Athena Bilona məğlub olub.

 

Yana Alekseyeva (60 kq) isə yarımfinalda fransalı Estell Mosseli üzərində qələbə qazanıb – 2:1. Ancaq millimizin üzvü finalda dünyanın ən güclü qadın boksçusu hesab olunan irlandiyalı Keti Teylorla qarşılaşmalı olub. Alekseyeva Olimpiya, 5 qat dünya və 6 qat Avropa çempionu olan rəqibinə layiqli müqavimət göstərsə də, hakimlər qələbəni Teylora veriblər.

 

Qeyd edək ki, komandamız 2 il əvvəl Çin Xalq Respublikasında keçirilmiş dünya çempionatında 1 gümüş medal qazanmışdı. Vıstropova 2-ci yeri tutmaqla yanaşı, London Olimpiadasına lisenziya da əldə etmişdi.

 

0