[b]Rəşad Sadıqov Robert Prosineçkinin mümkün təyinatı haqda...[/b]
24.11.2014 - 12:58
[b]Rəşad Sadıqov Robert Prosineçkinin mümkün təyinatı haqda...[/b]

“Millinin baş məşqçisi kim olacaqsa, biz də onun rəhbərliyi altında oynayacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov deyib.

 

32 yaşlı müdafiəçi kapitanı olduğu yığmanın baş məşqçisi postuna əsas namizəd Robert Prosineçkinin gözlənilən təyinatına münasibət bildirib.

 

Müdafiəçi xorvatiyalının yığmamıza uğur gətirməsini arzulayır: “Robert Prosineçki AFFA ilə hələ müqavilə imzalamayıbsa, onun yığmamızı çalışdırması haqda nəsə demək düz olmaz. Yalnız rəsmi müqavilədən sonra danışmaq mümkündü. Amma ümumilikdə bilirəm ki, Prosineçki təcrübəli məşqçidi. Vaxtilə mənim oynadığım “Kayserispor”u da çalışdırıb. Mən bu komandadan ayrılandan sonra da çıxışlarını izləmişəm. Xorvatiyalının oradakı fəaliyyətindən xəbərdaram. Prosineçki futbolçu kimi ulduz oyunçulardan olub. Son dövrlərin tanınmış futbolçularından biridi. Yığmaya kim gəlsə, ona uğurlar arzulayıram. İstərdim ki, millimiz gələcək baş məşqçinin rəhbərliyi altında daha yaxşı oynasın”.

 

0